Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi təyin olunmasından iki aya yaxın vaxt ötür. Ekspertlər ölkə başçısının 20 iyun 2019-cu il tarixlisərəncamı ilə DTX-nın sükanı arxasına keçən Əli Nağıyevin təyinatını son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndiriblər.
Modern.az saytı DTX-dan
general-leytenant Əli Nağıyevin tərcümeyi-halını əldə edib. Bu, Əli Nağıyevin
indiyə kimi açıqlanan ilk rəsmi tərcümeyi-halıdır.
Buyurun tanış olun:
Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının
Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali
təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron
rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib.
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən
sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul
vəzifələrdə xidmət edib.
Ölkə Prezidentinin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli
Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin
olunub.
Dövlət başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli
Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə
göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı”
ordeni ilə təltif olunub.
Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət
təltiflərinə və digər mükafatlara layiq görülüb.
2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli 672 nömrəli sərəncamı ilə
Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Ölkə başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli sərəncamı ilə 3-cü
dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
27 iyun 2019-cu il tarixli 1300 nömrəli sərəncamla Əli Nağıyevə general-leytenant
ali hərbi rütbəsi verilib.
İslahat.az