16 Aprel 2019
16:02
1407

Gənclər üçün Təhsil Mərkəzi “Gələcək üçün” ümumrespublika marafonuna start verdi - FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi "Gələcək üçün” ümumrespublika marafonuna Azərbaycan Kooperasiya Universitetində start verib. 

İslahat.az xəbər verir ki, "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.

"Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov qonaqları və tədbir iştirakçılarını salamayaraq nitqində bildirmişdir ki, biz, Azərabycan gəncləri vətənimizin gələcəyi üçün peşəkar və məsuliyyətli olaraq vətəndaşlarımıza xidmət göstərməliyik. Həm sosial məsuliyyətimiz, həm də ictimai fəaliyyətimiz ilə müsbət nümunələr sərgiləməliyik. 

Sonra Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarətmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə  təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir.

"Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

Qeyd edək ki , marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək.

İslahat.az