09 Aprel 2018
20:44
812

Gənclər Fonduna 3 milyon manat ayrılıb

Aprelin 9-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

İslahat.az xəbər verir ki, Sərəncama əsasən, gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər Fonduna üç milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli Fərmanına əsasən yaradılıb.