10 Dekabr 2018
15:36
3737

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi — FOTO

Gəncə Şəhər İcra Hakimiyyətində (İH) yeni təyinat olub.

İslahat.az-ın Report-a istinadən məlumatına görə, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının müavini - İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
 
 
İslahat.az