09 Oktyabr 2019
14:14
594

Gəncə şəhərində ilk dəfə olaraq: “Kids Fashion Ganja 2019“

"Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində ilk dəfə olaraq 12 oktyabr saat 17:00 Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 1200. nəfərlik böyük zalında möhtəşəm "Kids Fashion Ganja 2019" layihəsi keçiriləcək.

İslahat.az xəbər verir ki, "Kids Fashion Ganja 2019" layihəsində 4-14 yaş arasında uşaqlar iştirak edəcəklər. Tədbirdə 70 model , 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız- qış kolleksiyası nümayiş olunacaq.İştirak edən modellərin 40nəfəri qız, 30nəfəri oğlan modeli təşkil edir. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər,xalq artistləri və əməkdar artistlər başda tanınmış Əməkdar- İncəsənət xadimi Modelyer- Dizayner Fəxriyyə Xələfova iştirak edəcək!

Məqsədimiz Azərbaycanda xususi istedada malik olan uşaqların və gənclərin yaradicılıq potensialını inkişaf etdirməklə yanaşı onların ilk öncə vətənimizdə daha sonra ölkə xaricində tanıtmaqdır!

Tədbirin layihə rəhbəri " Star Kids Group” şirkətinin direktoru Aygün Əliyeva, Münsiflər heyyətinin sədri Fəxriyyə Xələfovadır!
 
İslahat.az