18 Noyabr 2019
17:11
1191

"GələcəkSƏN" proqramı çərçivəsində növbəti təlim keçirilib

17 noyabr 2019-ci il tarixində Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzində Rəşad Bayramovun müəllifi olduğu "GələcəkSƏN” proqramı çərçivəsində "Şəxsi İnkişaf və Motivasiya" mövzusunda növbəti təlim həyata keçirilib. 

Təlim zamanı Rəşad Bayramov "Məqsədlər", "Zamanın idarə olunması", "Motivasiya", "Təqdimat bacarıqları" və digər mövzularla bağlı fikirlərini tələbələrlə bölüşüb, mövzu haqqında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar Rəşad Bayramov tərəfindən cavablandırılıb.

İslahat.az xəbər verir ki, Rəşad Bayramovun müəllifi olduğu "GələcəkSƏN” təlim və inkişaf proqramı fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və xidmətlər göstərən proqramdır.

"GələcəkSƏN” proqramı karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, layihələrin idarəolunması, ictimai fəaliyyət, sosial iş və digər xidmətləri təqdim edir.

"GələcəkSƏN” proqramı üçün əlaqə:

WhatsApp: (+994 70) 772 66 96