28 Sentyabr 2019
13:19
1124

"GələcəkSƏN" proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində təlim keçirilib.

27 sentyabr 2019-ci il tarixində Bakı Mühəndislik Universitetində Rəşad Bayramovun müəllifi olduğu "GələcəkSƏN” proqramı çərçivəsində "Şəxsi İnkişaf" mövzusunda növbəti təlim həyata keçirilib. 

Təlim zamanı Rəşad Bayramov "Məqsədlər", "Zamanın idarə olunması", "Motivasiya", "Təqdimat bacarıqları" və digər mövzularla bağlı fikirlərini tələbələrlə bölüşüb, mövzu haqqında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar Rəşad Bayramov tərəfindən cavablandırılıb. 
Sonda təlim iştirakçılara Sertifikatlar təqdim olunub. 

İslahat.az xəbər verir ki, Rəşad Bayramovun müəllifi olduğu "GələcəkSƏN” təlim və inkişaf proqramı fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və xidmətlər göstərən proqramdır.

"GələcəkSƏN” proqramı karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, layihələrin idarəolunması, ictimai fəaliyyət, sosial iş və digər xidmətləri təqdim edir.

"GələcəkSƏN” proqramı üçün əlaqə:
WhatsApp: (+994 70) 772 66 96
 
İslahat.az