13 May 2019
16:46
1128

"Gələcək üçün” ümumrespublika marafonu gələcəyin mədəniyyət nümayəndələri ilə görüşdü - FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının tələbələri ilə keçirib.

İslahat.az xəbər verir ki, "Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

Keçirilən görüşlərdə Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir.

"Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov keçirilən tədbirlərin təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək. 

İslahat.az