28 Oktyabr 2021
13:15
24466

“Ganjavi Holding”-dən ictimai və sosial mesaj – VİDEO

"Ganjavi Holding” ictimai və sosial yaradıcılığı özündə ehtiva edən "Empatiya” musiqi layihəsini təqdim edib.

İslahat.az xəbər verir ki, "Ganjavi Holding”-in dəstəyi ilə "KM FAMILY PRODUCTION” tərəfindən təqdim olunan "Empatiya” musiqi layihəsi mədəni-maarifçilik, sosial məsuliyyət və ictimai təşəbbüs anlayışlarını təbliğ edir.

"Ganjavi Holding"-in prezidenti, ictimai xadim, iş adamı Elşən Gəncəvi "Empatiya" musiqi layihəsində insanlarımıza ictimai və sosial mesajın olduğunu bildirib:

"Cəmiyyətdə sağlam fikir formalaşdırmaq üçün insanların ictimai və sosial mesajlara ehtiyacı var. İctimai və sosial yaradıcılığa dəstək üçün imzamızı qoymalıyıq. Yaradıcı ideyaların təşəbbüskarlığında iştirak etməliyik." 

"Fərqli üsluba və faydalı nümunələrə ehtiyac var. İnsanlarımıza anlayış göstərməyimiz üçün empatiya bacarığımızı ifadə etməliyik. Empatiya başqalarını hiss etmək və duyğularını bölüşmək bacarığıdır", - deyə Elşən Gəncəvi vurğulayıb.

"Empatiya” musiqi layihəsi reper Tibu və psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovun iştirakı ilə ərsəyə gəlib.

"Empatiya” musiqi layihəsinə "PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, "Jet Cinema” şirkəti və "İnsan Mühəndisliyi” proqamı töhfə veriblər.

Qeyd edək ki, müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən "Ganjavi Holding” maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlərin verilməsi, mədəni və yaradıcı layihələr, kuryer və poçt, eləcə də, hüquqi və inzibati xidmətlər, İT sahəsi, səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. "Ganjavi Holding” iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzuların ərsəyə gəlməsində müxtəlif media fəaliyyətlərini icra edir.

İslahat.az