27 May 2019
16:00
961

Futbolçularımız danışdı: Özilin Bakıda qol vurmasını istəyirəm

Məlum olduğu kimi, mayın 29-da doğma Bakımızda ilk dəfə UEFA Avropa Liqasının finalı keçiriləcək.

İslahat.az xəbər verir ki, Oxu.Az möhtəşəm final ərəfəsində azərbaycanlı futbolçuların fikirlərini öyrənib. 

Rəşad Sadıqov ("Qarabağ”ın müdafiəçisi): "Düşünürəm ki, maraqlı oyun olacaq. Çünki bu, London derbisidir. İki böyük komanda finalda qarşılaşır. Hər iki komandanın şansları bərabərdir. Bizim üçün yaxşıdır ki, "Qarabağ”ın qrupunda çıxış etmiş komanda Bakıdakı finalda çempion olmaq üçün mübarizə aparacaq. Şanslara gəlincə, bu, finaldır. Finalda isə kim daha az səhv edirsə, o komanda da qalib gəlir. Çünki belə görüşdə səhvlər bağışlanmazdır”.
 
İslahat.az