14 Mart 2019
15:07
456

Futbol tarixinin ən bərbad penaltisi - VİDEO

İngiltərə Çempionşipi (I divizion –red) çərçivəsində "Suoni Siti” və "Vest Bromviç” komandaları arasında keçirilən matçda olduqca kuryoz penalti qeydə alınıb.   

11 metrlik cərimə zərbəsinin videogörüntüsü "Sky Sports Football”un "Twitter” səhifəsində dərc olunub.

Sosial şəbəkə istifadəçiləri buna "tarixin ən bərbad penaltisi” damğasını vurub.

Birinci hissənin sonunda "Suonsi” futbolçuları 11 metrlik cərimə zərbəsi hüququ qazanıb.  Penalti nöqtəsinə B.Selina yaxınlaşıb.  O geriyə addımlayaraq sürət yığıb və topu qapıya keçirməyə çalışıb. Ancaq ən son anda ayağı büdrəyib və top qapıdan çox aralı,  2 metr kənara yuvarlanıb.

Qeyd edək ki, kuryoz zərbənin qeyd alındığı oyunda "Vest Brombiç” 3:0 hesabı ilə qalib gəlib.
 
İslahat.az