02 İyul 2019
15:01
867

Fuad Abbasov bir daha Rusiyaya qayıtmayacaq: Həbsimi ermənilər sifariş edib

Məhkəmənin çıxardığı hökmdən verdiyim apellyasiya şikayəti təmin olunsa belə, bir daha Rusiyaya qayıtmayacağam.

İslahat.az-ın məlumatına görə, bunu Rusiyadan Azərbaycanadeportasiya edilənjurnalist Fuad Abbasov Bakıdajurnalistlərə açıqlamasındabildirib.

O qeyd edib ki, deportasiya olunması üçün Ximki şəhər Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib:

"Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

F.Abbasov deyib ki, həbsinin və deportasiya olunmasının əsl sifarişçiləri arasında Rusiya ermənilərinin liderləri durur.

İslahat.az