23 Noyabr 2021
11:52
21207

“Fransanı Minsk qrupundan kənarlaşdırmalıyıq” – Deputatdan təklif

"Azərbaycan Fransanın Minsk qrupundan kənarlaşdırılmasını təklif etməlidir”.

İslahat.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında deyib.

Deputat Fransa senatının erməni separatçılarını qəbul etməsini qınayaraq, belə bir addıma ehtiyac yarandığını bildirib:

"Fransa türk, müsəlman ölkələrinə yönəlik siyasəti hər zaman fərqlənib. Fransadan soruşmaq lazımdır ki, Donbasdakı separatçıları niyə görüşə dəvət etmirsiniz? Ləyaqət davranışı sərgiləyən ölkə nə üçün belə münasibət göstərir? Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlişini əngəlləyir. Azərbaycan Fransanın Minsk qrupundan kənarlaşdırılmasını təklif etməlidir. Minsk qrupunun canlanmasına imkan verməməliyik. Azərbaycan bütün sahələrdə Fransa ilə əlaqələrinə diqqətlə baxmalıdır".

İslahat.az