14 Sentyabr 2021
13:34
21219

Fransa prezidentliyinə namizəd: “Qalib gəlsəm, müsəlman adlarını qadağan edəcəm”

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan fransız sağçı jurnalist və yazıçı Erik Zemmour İslam dinini və müsəlmanları hədəf alıb.
 
İslahat.az xəbər verir ki, müsəlman adlarını qadağan etmək üçün ciddi tədbirlər görəcəyini söyləyib.

İrqçi ifadələr səsləndirən Zemmour "bir fransızın oğluna Məhəmməd deməyə haqqı olmayacaq. Müsəlmanlara yeni doğulan övladlarına Məhəmməd adını qoymağı qadağan edəcəyik", - deyə bildirib.

İslahat.az