01 Aprel 2022
17:22
21171

Fotoqraf Valeh Arifoğlu tələbələrə master klass keçib

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində fotojurnalist, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, 2021-ci ildə keçirilmiş "Vətən müharibəsi – qələbənin simaları” fotomüsabiqəsinin qalibi olmuş Valeh Arifoğlu ilə tələbələrin görüşü keçirilib.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, görüşdə çıxış edən Fotojurnalistika fənninin müəllimi Günel İsgəndər tələbə-gənclərin dəvətini qəbul edib görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.

Sonra V.Arifoğlu həyatı, sənəti, peşəkar fəaliyyəti, fotojurnalistikanın janrları, foto çəkmənin incəlikləri, fotoaparatın quruluşu, foto avadanlıqlar, gələcək planları və digər məsələlərlə bağlı ətraflı məlumat verib, zəngin xatirələrini bölüşüb. Qonaq eyni zamanda çəkdiyi fotoları təqdim edib. BDU TV-nin fəaliyyəti ilə tanış olub.

V.Arifoğlu öz növbəsində göstərilən diqqətə, yaradılan imkana görə təşəkkürünü bildirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İslahat.az