29 May 2019
16:38
721

Finala saatlar qaldı - ŞƏRHSİZ

Bakı UEFA Avropa Liqasının final oyununa tam hazırdır.

Azərbaycan paytaxtında əsl futbol ab-havası hökm sürür. Azarkeşlər öz komandalarını dəstəkləyirlər, müxtəlif mahnılar oxuyurlar, şənlənirlər.

"Arsenal” və "Çelsi” komandalarının qarşılaşacağı oyuna görə "Azarkeş Festivalı” da təşkil olunub.

Qeyd edək ki, son məlumata görə, satışda yalnız 100 bilet qalıb. 

Final görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu "CBC Sport” kanalında izləmək mümkündür.
 
İslahat.az Oxu.az-ın hazırladığı videonu təqdim edir: 

İslahat.az