02 Sentyabr 2021
12:01
20365

Fernando Santoş: "Ronaldonun Azərbaycana getməsinin mənası yoxdur"

"Kriştiano Ronaldonun bizimlə gedib-getməyəcəyinə qərar verəcəyik".

İslahat.az-ın məlumatına görə, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santoş İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

67 yaşlı mütəxəssis sarı vərəqə aldğı üçün cəzalı duruma düşən 36 yaşlı hücumçunun durumu haqqında danışıb: "24, 25 oyunçumuz var. Ronaldo Azərbaycana səfər etməyəcək, bunun mənası yoxdur. Qətərlə yoldaşlıq oyunu üçün Macarıstana 3 saatlıq səfərimiz olacaq. Qarşılaşmadan sonra isə 3,5 saata Azərbaycana çatacağıq".

Qeyd edək ki, sentyabrın 4-də Qətərlə yoldaşlıq matçında qarşılaşacaq Portuqaliya seçməsi sentyabrın 7-də Azərbaycan millisinin qonağı olacaq. Ronaldu cəzalı olduğu üçün Azərbaycan yığması ilə görüşü buraxacaq.

İslahat.az