18 İyun 2019
15:38
705

“Facebook” öz valyutasını yaradır

"Facebook” sosial şəbəkəsinin rəhbərliyi "Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib.Şirkətin başlıca fəaliyyəti "Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.

"Calibra” ilk məhsulunu- blokçeyn texnologiyasına əsaslanan yeni "Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək”, - deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.

Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm "Messenger”, həm də "WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.

İslahat.az