30 Yanvar 2020
12:35
790

“Facebook” istifadəçilərinin sayı - 2,5 MİLYARD NƏFƏRƏ ÇATIB

"Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçənlərin sayı bir il ərzində 8% artıb. Nəticədə "Facebook” istifadəçilərinin sayı 2,5 milyard nəfərə çatıb.

İslahat.az xəbər verir ki, bu barədə "Facebook”un yayımladığı korporativ hesabatda qeyd olunub.

Şirkətin hesablamalarına görə, ötən ilin dekabr ayında 1,66 milyard insan gündə ən azı bir dəfə "Facebook”a daxil olub. Bu göstərici də il ərzində 9% artıb.

İslahat.az