29 Noyabr 2021
12:16
20423

Əziz Səncər Azərbaycana gəlir - FOTO

Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir.

İslahat.az xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.

Ə.Sancar dekabrın 2-də tədbirin "Post-pandemiya dövründə elm və təhsil” adlı II panelində çıxış edəcək.

Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi "Zəfər Yolu”dur. Eyni zamanda. Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr və gənc alimlərin və Beynəlxalq Elm Olimpiadaların qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər nəzərdə tutulub.

Tədbir dekabrın 3-də başa çatacaq.

İslahat.az