25 Oktyabr 2019
17:46
2249

“Express Bank” olaraq kiçik və orta sahibkarlığa dəstək çərçivəsində öz töhfəmizi verməyə çalışırıq

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən "ABAD” (Ailə Biznesinə Asan Dəstək) və Expressbank-ın dəstəyi ilə 25 oktyabr tarixində media nümayəndələri üçün ABADçıların məhsullarından ibarət "ABADla dad” adlı səhər yeməyi təşkil edib. Tədbirin keçirilməsində məqsəd kiçik ailə təsərrüfatları – ABADçıların istehsal etdiyi qida məhsulları ilə daha yaxından tanış olmaqdır.

İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, tədbir ABAD-ın nümayəndəsi Turanə Qasımova və Expressbank-ın idarə heyətinin üzvü Mehriban Ocaqquliyevanın salamlama nitqi ilə açıq elan edilib.

Expressbank-ın idarə heyətinin üzvü Mehriban Ocaqquliyeva "Yeni Gundem” e verdiyi müsahibədə qeyd etdi ki,biz "Express Bank” olaraq kiçik və orta sahıbkarlığa dəstək çərçivəsində öz töhfəmizi verməyə çalışırıq. Bu sahədə "ABAD” və "ASAN Xidmət”in layihələrini alqışlayır, onlarla müxtəlif layihələr çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Məqsədimiz, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində fəal olmaqdır. Banklar bu gün cəmiyyətdə ən vacib faktorlardan biridir və bu sahədə aktiv fəaliyyət bizim əsas istiqamətlərimizdəndir.

"ABAD”la birgə media nümayəndələri ilə görüşlərlə yanaşı, digər layihələrimizdə də birgə iştirakımız nəzərdə tutulur.O cümlədən, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslərə müəyyən məbləğlərin ayrılması, güzəştli kreditlər və digər xidmətlər təqdim olunur.
 
İslahat.az