11 Sentyabr 2018
18:33
3918

“Evə girənə qədər "Tibu" oluram” – MÜSAHİBƏ (FOTOLAR | VİDEOLAR)


Reper Tibu:
"Gənc reperlərə heç kəsin məsləhətlərinə qulaq asmamağı tövsiyyə edirəm.”

Azərbaycanda kifayət qədər tanınmış, istedadlı reper
Teymur Ağayevin, sizin tanıyacağınız adla "Tibu"nun İslahat.az-a müsahibəsini təqdim edirik.

Tibunun reper olmaqda ən böyük məqsədi?

Uşaqlıqda Tibunun reper olmaqda yox, reper olmaq idi ən böyük məqsədi və arzusu. Daha sonra konsert istəyimiz olub, alındırmışıq. Albom istəyimiz olub, alındırmışıq. Televiziyaya çıxmaq istəyimiz olub, alındırmışıq. Xaricdə də kifayət qədər bizi dinləyənlər var. Yəni, dünyanı xilas etmək kimi məqsədim yoxdu. Sadəcə olaraq, içimdə olanları vərəqlərə çırpıram. Hər dəfə nəsə yazandan sonra rahat oluram.

Rep Azərbaycana nə verib, bundan sonrada nə verəcək?

Təbii ki, ilk növbədə söz azadlığı. Mən heç yerdə görməmişəm ki, hər hansısa bir müğənni, 30 Aprel hadisələri haqqında efirdə bir mahnı oxusun, və yaxud eşitməmişəm ki, hər hansı xalq artistinin 20 Yanvar haqqında bir mahnısı, bəstəsi olsun. Bir çox təzyiqlərə baxmayaraq reperlər həmişə düzgün yazıblar, olanı deyiblər. Azərbaycanda ilk rep parçasını səsyazma edən insan bizim milli qəhrəmanımız "Çingiz Mustafayev" idi. Dünya trendinə baxsaq görərik ki, 90 faiz xitlər ya rep olur, ya da reperlər tərəfindən yazılmış bir mahnı olur. Təəssüf ki, Azərbaycandakı trendə bunun aidiyyəti yoxdur.

Tibu replərini öz həyatından yazır yoxsa...?

Əksər hissələr öz həyatımdan, keçmişimdəndir. Ama bu hər dəfə belə olmur. Məsələn, elə bir insanla tanış ola bilərəm ki, o mənə öz həyatını danışa-danışa artıq beynimdə cızma-qaralar yaranacaq və yaxud oxuduğum hər hansısa kitab bir ideya verə bilər. Ümumiyyətlə, şair yalan danışmağı yox, uydurmağı bacarmalıdır. Məsələn "Leyla" obrazını başdan ayağa uydurmuşam.

Reper Tibu ilə Teymur Ağayev arasındakı fərq nələrdir?

Evə girənə qədər "Tibu" oluram.

"Repi Rep kimi oxumaq lazımdır" - bu cümləyə münasibətiniz ?

Repi rep kimi oxumayanların "Youtube" baxışı bizdən çoxdur. Yəni repi anlamayan insan bilmir, "flow” nədir, "double-rhyme” nədir. Onun qulağına necə xoşdursa, elədə olacaq. Birdə görürsünüz ki, bir ay içində rep yazırsan, amma dinləyiciyə yalnız fon musiqisi ləzzət eliyir.

Repin Azərbaycanda inkişafı üçün nə etməliyik?

Efir mütləqdir. Verilişlər, konsertlər və festivallar tez-tez təşkil olmunmalıdır. Artıq bir neçə lahiyələr var ki, repi çox qabağa aparacaq zənnimcə. Bunlardan biri "Kəllə-Kəlləyə" lahiyəsidir.

Tibu gənc reperlərə nəyi məsləhət görür?

Gənc reperlərə heç kəsin məsləhətlərinə qulaq asmamağı tövsiyyə edirəm.

Tibunun gələcək planları nədən və ya nələrdən ibarətdir?

İlin sonuna qədər paraşütlə tullanmaq niyyətindəyəm, birdə Madrid şəhərində El-Classico derbisinə baxmaq kimi arzum var. Hə birdə, "Atlantida" adında albom işləyirəm. Payızda dinləyicilərlə albom təqdimatı və dinləyicilərlə görüş gözlənilir.

İslahat.az