20 May 2019
13:14
845

Ermənistanda kütləvi etirazlar

Yerevanda hakim iş yerinə pəncərədən daxil olmağa çalışıb.

İnsident Yerevanın Şenqavit məhkəməsinin binası qarşısında qeydə alınıb. Hakim David Babayan xəlvətcə pəncərədən iş yerinə girməyə çalışsa da, nümayişçilər onu itələyib, yerə yıxıblar.

Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Xatırladaq ki, şənbə günü adıçəkilən məhkəmə sabiq prezident Rober Koçaryanın azad edilməsi ilə bağlı qərar çıxarıb.

Buna cavabında N.Paşinyan tərəfdarlarını ölkənin bütün məhkəmə binalarının girişlərini bağlamağa  və içəri heç kimi buraxmamağa çağırıb.

Bu gün onun "inqilabın ikinci mərhələsini” elan edəcəyi və "məhkəmə-hüquq sistemində xalqın hakimiyyətinin təsdiq olunması” ilə bağlı bəyanatla çıxış edəcəyi gözlənilir.

Bir sıra siyasi təşkilatlar onun bu hərəkətini konstitusiya düzənini pozma cəhdi kimi qiymətləndirir.
 
İslahat.az