18 Mart 2019
13:25
863

Ermənistanda etirazlar davam edir

Yerevanda qazlı içkilər istehsal edən şirkətlərin işçilərihökumət binası qarşısında etiraz aksiyası keçirir.

"News.am” məlumatına görə, aksiya iştirakçıları yeni Vergi məcəlləsi layihəsində nəzərdə tutulan vergi yükününartırılmasına etiraz edir.

Nümayişçilər bunun qazlı içki qiymətlərinin kəskin bahalaşmasına səbəb olacağını iddia edir.

Aksiya iştirakçıları əllərində "Hökumət işsizliyi dəstəkləyir”, "Hakimiyyət orta biznesi öldürür”, "İri biznes hökuməti”, "Qazlı içkilərin bahalaşmasına yoxdeyək” və başqa şüarlı plakatlar tutub.

İslahat.az