17 Oktyabr 2020
15:05
1406

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Bu barədə İslahat.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmənin növbəti PUA-sı Hava Hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib", - məlumatda bildirilib.
 
İslahat.az