17 Noyabr 2021
11:32
21800

Ermənistan MN itkiləri açıqladı: 13 nəfər saxlanılıb, 24 hərbçi itkin düşüb

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını rəsmi olaraq açıqlayıb.

İslahat.az xəbər verir ki, qurumdan bildirilib ki, toqquşmalar nəticəsində bir hərbçi ölüb, 13 nəfər Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb, daha 24 nəfərin aqibəti barədə isə məlumat yoxdur.

Ermənistan MN həmçinin iki döyüş postunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

İslahat.az