04 Yanvar 2021
15:43
14266

“Ermənilərin əsirlərimizə verdiyi işgəncələrlə bağlı beynəlxalq təşkilatlarla ciddi iş aparılmalıdır” - ASİM MOLLAZADƏ

Asim Mollazadə: "Bu, erməni vəhşiliyinin ifşası baxımından da mühüm əhəmiyyətə malikdir”.

Məlum olduğu kimi, bir müddət öncə erməmi əsirliyindəki bir sıra soydaşlarımız, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev düşmən əsirliyindən azad edilərək ölkəmizə gətirilib. Dilqəm Əsgərovun mətbuata verdiyi ilk açıqlamalardan erməni əsirliyində olduğu müddətdə ağır işgəncələrə  məruz qaldığı məlum olub.

Maraqlıdır, erməni əsirliyindən azad edilərək Azərbaycana gətirilən soydaşlarımızın işgəncələrlə bağlı səsləndirdiyi bu fikirlərin sənədləşdirilərək beynəlxalq təşkilatlara təqdim edilməsi həm erməni vəhşilyinin beynəlxalq aləmdə ifşası, həm də cinayətkarlarıln cəzalandırılması baxımından faydalı ola bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, bu müstəvidə beynəlxalq təşkilatlarla ciddi iş aparmağın vacibliyinə diqqət çəkdi:

"Azərbaycan bu faktlarla bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir. Erməni cinayətləri beynəlxalq təşkilatlar tərəfindən qaldırılmalıdır.

Işgəncələr əleyhinə bir neçə beynəlxalq sazişlər və beynəlxalq təşkilatlar mövcuddur. Məsələn, Avropa Şurasında işgəncələrlə bağlı müvafiq qurum var. Erməni cinayətləri bütün bu təşkilatların diqqətinə çatdırılmalıdır. Bu məsələdə Ombudsman Aparatının da üzərinə böyük iş düşür. Təbii ki, ermənilərin cinayətləri, əsirlərimizə verdiyi işgəncələr dünyanın diqqətinə çatdırılmalıdır. Bu məsələdə beynəlxalq təşkilatlarla sistemli iş aparmaq olduqca vacibdir və bu, erməni vəhşiliyinin ifşası baxımından da mühüm əhəmiyyət kəsb edir”.

İslahat.az