20 İyun 2019
17:47
939

Ermənilər cəbhə xəttində qəbiristanlığı yandırıb - FOTOLAR

Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ermənilərin işğalaltındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.

Qeyd edək ki, işğal altında olan torpaqlarımıznəzarətsiz olduğundan erməni hərbçiləri istənilən vaxt yanğıntörədirlər.

İslahat.az