15 İyun 2021
18:41
22076

Ərdoğan: “Türkiyə Qarabağın bərpası üçün bütün dəstəyi verəcək

"Türkiyə olaraq azadlıq mübarizəsində olduğu kimi, inşa fəaliyyətlərində də qardaşlarımıza hər cür töhfəni veririk və buna davam edəcəyik. Ən qısa zamanda evlərinə qayıtmağı gözləyən azəri qardaşlarımız üçün də hər formada səy göstərəcəyik. Əlbəttə ki, bu mövzuda dəyərli qardaşım İlham Əliyevin xüsusi çalışmaları var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa səfərində deyib.
O qeyd edib ki, Qarabağın və Azərbaycanın bir daha belə fəlakət (işğalın) yaşamaması üçün lazımlı tədbirləri birlikdə görəcəyik:
"Bizimlə bu məsələdə İnşallah TOKİ (Toplu Konut İdaresi Başkanlığı) ilə birlikdə burada bölgənin bərpasında atmağı planladığımız addımlar var”.
Ərdoğan bildirib ki, TOKİ buradakı müvafiq şirkət ilə birgə çalışacaq.
İslahat.az