23 İyul 2019
17:43
710

Eminlə dominikanlı modelin rəqsi - VİDEO

Xalq artisti Emin Ağalarov "Нежная” (İncə) adlı mahnısını ekranlaşdırıb.

İslahat.az xəbər verir ki, ekran işində Eminin rəqsdə tərəf müqabili "Miss Mundo Republica Dominicana 2017” gözəllik müsabiqəsinin qalibi Aletxa Mueses olub.

Klipin rejissorluğu Cennifer Lopes, Enrike İqlesias kimi məşhurların mahnılarını ekranlaşdıran Cessi Terreroya həvalə olunub.

Emin çəkilişlərin Dominikanda aparıldığını söyləyib:

"Ölkənin rəngarəngliyi və təbiətinin gözəlliyi işimizi daha da möhtəşəm etdi. Coşqulu rəqslər klipi daha da gözəlləşdirdi. Mahnını lentə alarkən istədim ki, klipin rejissoru Cessi olsun. Çünki onun işləri rəngarəng və əsl yay ab-havalıdır. Biz bir-birimizi uzun müddətdir tanıyırıq”.
 
İslahat.az