06 Noyabr 2021
14:14
20917

Əminə Ağazadə şəhid Fərrux Hüseynovun ailəsini ziyarət etdi - FOTO

Milli Məclisin deputatı Əminə Ağazadə Azərbaycan Ordusunun Baş leyenantı, şəhid Fərrux Hüseynovun ailəsini ziyarət edib.

İslahat.az xəbər verir ki, Fərrux Hüseynov tank bölüyünün komandiri olub, müharibənin ilk saatlarından son gününədək ön cəbhədə qəhrəmanlıqla döyüşüb. İki dəfə yaralansa da, həkimlərin, silahdaşlarının təkidlərinə baxmayaraq yenidən cəbhəyə yollanıb.
Millət vəkili Fərruxun ailəsinin problemləri ilə maraqlanıb, onların arzu və istəklərini dinləyib.

Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İslahat.az