03 May 2019
17:56
1417

Elşən Gəncəvi “SELECTED PEOPLE” Mükafatına layiq görülüb - İş Adamı (FOTOLAR)

İslahat.az xəbər verir ki, "A Media Group” tərəfindən keçirilən "SELECTED PEOPLE" Mükafatı mərasim gecəsi keçirilib.

Mükafatlandırma gecəsində il ərzində seçilən müğənnilərə, aktrisalara, jurnalistlərə, TV-lərə, modellərə, modelyerlərə, stilistlərə, vizajistlərə, iş adamlarına və müxtəlif peşə fəaliyyəti sahiblərinə "SELECTED PEOPLE" Mükafatı təqdim olundu.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "SELECTED PEOPLE” Mükafatına "İş Adamı” olaraq layiq görülüb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.

AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV Consulting”, analitik və stratejik maliyyə xidmətləri üzrə "AMV Finance", alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, hüquqi və inzibati xidmətlər üzrə "AMV Law", texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir. Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və "İslahat.az” xəbər portalının yazarıdır.

İslahat.az