12 İyul 2020
23:08
474

Elşən Gəncəvi üsyan etdi: "Ay vicdansız, 3 şəhid verdik"

""ARB" televiziya sənin kafandan istəyirəm".

İslahat.az xəbər verir ki, bunu sosial media hesabında iş adamı, ictimai xadim Elşən Gəncəvi televiziya kanallarına etiraz edərkən bildirib: "Vicdansız TV-lər! Ay vicdansız, 3 şəhid verdik! Dayandır çal çağırı! Space TV, ATV televiziyası bəsdirin... Türkiyə bizim Ağdam kəndindən danışdı! Susun!".

Qeyd edək ki, İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. 

Allah rəhmət eləsin!
 
İslahat.az