24 Sentyabr 2021
15:02
22571

Elşən Gəncəvi Türkiyədə mükafatlandırıldı – FOTOLAR

Elşən Gəncəvi Tükiyənin İstanbul şəhərində Olcay Kutlucanın imzası ilə keçirilən "Altın Melek Ödülleri 2021” layihəsində "YILIN EN BAŞARILI İŞ ADAMI” nominasiyası üzrə mükafatlandırılıb.

İslahat.az xəbər verir ki, mükafatlandırma mərasimində Türkiyənin müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış simaları iştirak edib. Elşən Gəncəvinin "Altın Melek Ödülleri 2021” layihəsində nominant olmasına səbəb Türkiyədə sosial fəaliyyət istiqamətlərində töhvələridir.

İctimai xadim və iş adamı olaraq fəaliyyət göstərən Elşən Gəncəvi tədbirdə çıxışında Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdəki əhəmiyyətindən danışıb. Türkiyə tarixinin Azərbaycan üçün də tarix olduğunu deyib. Elşən Gəncəvi Nuru Paşanın Azərbaycana tarixi gəlişini və həmin tarixi anların Azərbaycanda daimi bayram kimi qeyd edildiyini öz çıxışında xüsusi vurğulayıb.

Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi - İctimai və Sosial Şuranın rəhbəri, "NAJAFSOY GROUP”, "Pi Education” şirkətlərinin təsisçisi, "Oxu-magiya" kitabının müəllifi, "GanjaviMedia.az” informasiya portalının və "Siyasi.az" xəbər portalının portalının baş redaktoru, "İslahat.az” xəbər portalının və "İctimai.az” informasiya portalının yazarıdır.

"PUBLIC" və "GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İslahat.az