27 Dekabr 2018
20:32
2736

Elşən Gəncəvi "ŞƏMS" Milli Mükafatına layiq görülüb

İslahat.az xəbər verir ki, "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibəti ilə "EMEDIA GROUP” tərəfindən təsis olunan"ŞƏMS" Milli Mükafatı sahiblərinə təqdim edilib.

Elşən Gəncəvi - Nəcəfov Elşən Hökumət oğlu "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi" münasibəti ilə Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatında fəal iştirakına görə "ŞƏMS” Milli Mükafatı ilə təltif edilib.

Mərasimdə mükafatlandırılanlar arasında xalq artisti Flora Kərimova, müğənnilər Manana, Zamiq, millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Sona Əliyeva, DYPİ-nin bölmə rəisi, polis palkovniki Vaqif Əsədov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurov, Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Ayaz Salayev, fotojurnalistlər Rüstəm Fərman, Nəriman İsmayılov, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov, həmçinin Qarabağ qaziləri, iş adamları, mədəniyyət və incəsənət işçiləri, televiziya aparıcıları və digər tanınmış şəxslər də olub.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.

AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV Consulting”, alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir.Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və "İslahat.azxəbər portalının yazarıdır.

Mükafatlandırma gecəsi Azərbaycan Akademik Milli Dram Teatrında baş tutub.

İslahat.az