24 Mart 2019
15:25
1690

Elşən Gəncəvi "Professional Awards" 2019 Mükafatına layiq görülüb - "Business Person"

18 mart 2019-cu il tarixində "1033 Baku" Event Hall-da "Top Model Azerbaijan 2019” layihəsi reallaşıb. Tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, həmçinin, xarici brendlər "Top Model Azerbaijan” layihəsinin modelləri və eyni zamanda ölkənin tanınmış əsas modelləri podyumda nümayişlər təqdim etdilər.

İslahat.az xəbər verir ki, tədbir zamanı "Top Model Azerbaijan 2019” layihəsi çərçivəsində müxtəlif sahələrin peşəkarları və mütəxəssisləri üçün "Professional Awards” Mükafatı təqdim edildi.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "Top Model Azerbaijan 2019" layihəsi çərçivəsində "Professional Awards" 2019 Mükafatına "Business Person” olaraq layiq görülüb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.

AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV Consulting”, analitik və stratejik maliyyə xidmətləri üzrə "AMV Finance", alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, hüquqi və inzibati xidmətlər üzrə "AMV Law", texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir.Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və "İslahat.az” xəbər portalının yazarıdır.

İslahat.az