02 Mart 2019
17:14
1748

Elşən Gəncəvi “Odlar Yurdu - 2018” Milli Mükafatına layiq görülüb - İş Adamı

İslahat.az xəbər verir ki, 24 fevral 2019-cu il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Tonika Group” tərəfindən "Odlar Yurdu - 2018" Milli Mükafatı sahiblərinə təqdim edilib. 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, qala gecə təşkil olunub.

Qala gecədə Millət vəkilləri, Nazirlik əməkdaşları , Mədəniyyət və İncəsənət xadimləri, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, İş adamları və müxtəlif sahələrdə fəaliyyət göstərən peşə sahibləri mükafatlandırılıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "Odlar Yurdu - 2018” Milli Mükafatına "İş Adamı” olaraq layiq görülüb.

Mükafat, təşkilat komitəsinin araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.

"Tonika Group”un təsisçi-direktoru Nicat Həsənzadə "production"ın illik fəaliyyət planı barədə məlumat verib.

O qeyd edib ki, mükafatlandırılma artıq 3-cü dəfədir təşkil olunur. Hər olduğu kimi ilin yekun nəticələrinə əsasən, növbəti ilin ilk aylarında da təşkil olunacaq.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur.

AMV Şirkətlər Qrupunun tərkibində maliyyə və mühasibatlıq xidmətləri üzrə "AMV Consulting”, analitik və stratejik maliyyə xidmətləri üzrə "AMV Finance", alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, hüquqi və inzibati xidmətlər üzrə "AMV Law", texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Müxtəlif ictimai və sosial məqalələrin müəllifidir.Elşən Gəncəvinin ictimai və sosial mövzularda məqalələri "Oxu-magiya” kitabında toplanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru və "İslahat.az” xəbər portalının yazarıdır.

İslahat.az