04 Mart 2020
12:17
921

Elşən Gəncəvi "Gold Faces of Turkey" layihəsində mükafatlandırıldı

İslahat.az xəbər verir ki, "Gold Faces of Turkey” layihəsi tərəfindən "Gold Faces of Azerbaijan" mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində seçilən müğənnilərə, aktrisalara, jurnalistlərə, TV-lərə, modellərə, modelyerlərə, stilistlərə, vizajistlərə, ictimai xadimlərə, iş adamlarına və müxtəlif peşə fəaliyyəti sahiblərinə "Gold Faces of Azerbaijan" mükafatı təqdim olunub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu "Gold Faces of Azerbaijan” mükafatına layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Oxu-magiya” kitabının yazarı, "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, "PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İslahat.az