25 Oktyabr 2019
12:20
1087

Elman Rüstəmov istefa xəbərindən danışdı

Mən bu gün sizin qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm.

İslahat.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov vəzifəsindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O, bəzi media orqanlarına müraciət edib:

"Mən postumdayam və fəaliyyətimi davam etdirirəm, media nümayəndələrinə müraciət edirəm ki, rəsmi məlumatlara istinad etsinlər”.
 
İslahat.az