11 May 2022
11:52
18671

Əllidən çox ölkədə COVID-ə yoluxma artır

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım "omikron” ştammının alt növlərindən qaynaqlanır.

İslahat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir”, - deyə ÜST rəhbəri bəyan edib.

O, vurğulayıb ki, qlobal miqyasda dominant "omikron” variantının BA.2 alt növüdür. Eyni zamanda, yoluxmanın artmasında BA.4 və BA.5 alt növlərinin də rolu var.

İslahat.az