Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər təsdiqlənib.
İslahat.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla müəyyən olunub ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan” düyməsi ilə təmin edilir.
Maliyyə Nazirliyi bunu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırmalıdır.
İslahat.az