04 Dekabr 2019
17:14
704

Əli Əsədov yeni şöbə müdirləri təyin etdi

Nazirlər Kabinetində kadr dəyişiklikləri olub.

İslahat.az-ın məlumatına görə, bu barədə müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncama əsasən, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Baş nazirin digər sərəncamına görə, Mehman Tağıyev NK Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, dünən Əli Əsədovun imzaladığı sərəncama əsasən, Ələsgər Ələsgərov Baş nazirin Katibliyinin rəisi təyin edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Nazirlər Kabinetində struktur dəyikliyi baş tutub.

İslahat.az