23 Sentyabr 2021
13:24
23785

Ekoloji ekspertiza rəyləri ilə bağlı YENİLİK - FOTO

"Müvafiq ekoloji ekspertiza rəylərinin alınması, təqdim olunan layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və bu istiqamətdə bir sıra digər prosedurların elektron sistemə keçirilməsi planlaşdırılır”.

İslahat.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, bu sistemə keçiddə əsas məqsəd şəffaflığın və operativliyin təmin olunması, vaxt itkisinin qarşısının alınmasıdır.

"Hazırda elektron sistemin təkmilləşdirilməsi üçün işlər aparılır. Ümid edirəm ki, nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra məqsədimizə çatmış olacağıq, tam təmassız formada daxil olan müraciətlərin cavablandırılmasını təmin edə biləcəyik”.

M.Qəmbərov layihələrin ekoloji qiymətləndirilməsinin ictimai dinləmələr əsasında aparıldığından da danışıb:

"Biz daim ictimaiyyətə açığıq, onların fikirlərini, maraqlarını, işimizə kömək edən, ətraf mühit üçün ekoloji baxımdan məqbul hesab edilən hər cür yanaşmanı zəruri hesab edirik. Çünki əsas məqsədimiz ətraf mühitin mühafizəsi, mövcud ekoloji faktorların saxlanılması, qorunmasıdır”.

İslahat.az