06 İyul 2022
11:24
18817

Ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırıldı - RƏSMİ

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.

Təlim toplanışı iyulun 23-dək davam edəcək.

İslahat.az