16 Noyabr 2021
12:22
20365

“Əhaliyə bu qədər ƏDV qaytarılıb” - Mikayıl Cabbarov

 

"ƏDV geri al" layihəsi çərçivəsində ilboyu əhaliyə ümumilikdə 120 milyon manat əlavə dəyər vergisi qaytarılıb.

İslahat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında deyib.

Nazir beynəlxalq rəqabəti artırmaqla neftdən asılılığın minimuma endiriləcəyini də qeyd edib:

"İqtisadiyyatın bütün sahələrinə özəl sektoru cəlb etməyi planlaşdırırıq. İnsan kapitalının davamlı inkişafı üçün mühit yaradılması əsas istiqamətlərindən biridir".

İslahat.az