22 İyun 2022
15:16
18597

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 950-ni ötüb

Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb.

İslahat.az xəbər verir ki, rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər.

Ölənlərin sayının artacağı istisna edilmir.

Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntılar baş verdiyi bildirilir.

İslahat.az