03 Aprel 2019
12:12
947

Çeçenistan Bakıda nümayəndəlik açır

Rəsmi Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı razılığa gəlib.

Bu barədə Çeçenistan başçısı Ramzan Kadırov "VKontakte” səhifəsində yazıb.

O bildirib ki, müvafiq razılaşma Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan başçısının müşaviri – RF Dövlət dumasının deputatı Adəm Dəlimxanovun görüşündə əldə olunub.

"Çeçenistan və Azərbaycan arasındakı münasibətlər çoxillik ənənələrə söykənir. Bu ənənələrin əsasını Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhmət Hacı Kadirov qoyub”, - deyə Kadırov yazır.
 
İslahat.az