14 Oktyabr 2019
13:57
413

DYP-dən sürücülərə müraciət

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi müraciət yayıb.

İslahat.az xəbər verir ki, müraciətdə deyilir:

"Sürücülərin nəzərinə çatdırmaq istəyirik ki, 14 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır dairəsindən "Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər”.
 
İslahat.az