23 Oktyabr 2020
17:29
1495

“Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə qadirdir” - Deputat

"İşğal olunmuş ərazilər ermənilər tərəfindən vəhşicəsinə bərbad vəziyyətə salınıb. Onlar elə bir vəziyyət yaradıblar ki, orada heç kim yaşaya bilməz".

İslahat.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə deyib.
 
Deputat bildirib ki, Azərbaycan sülhməramlı əməliyyatlarını bitirdikdən sonra, azad edilən bütün bölgələrdə cənnət yaratmağa qadirdir:

"Biz çalışacağıq ki, bu ərazilər yenə də dünyanın ən gözəl ərazisinə çevrilsin".

A.Mollazadə əlavə edib ki, ekoloji nöqteyi-nəzərdən də biz bu gözəl təbiəti bərpa etməliyik.

"Eyni zamanda insanların yaşaması üçün şərait yaradılması, sosial, iqtisadi imkanların formalaşdırılması istiqamətində Azərbaycan dövləti bir çox işlər görə bilər. Əminəm ki, bu istiqamətdə əməliyyatlar bitdikdən sonra çox böyük işlər görüləcək".
 
İslahat.az