05 Fevral 2021
12:52
11466

Dövlət Xidməti: “Kamil Zeynallını təltif etməmişik”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fitness-məşqçi Kamil Zeynallını təltif etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

İslahat.az xəbər verir ki, qurumun mətbuat katibi Füzuli İsmayılov bu barədə danışıb.

 

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib”, - deyə o qeyd edib.

 

İslahat.az